"Qadın üçün əsas maneə cəmiyyətimizdə hələ də olan stereotiplərdir" - MÜSAHİBƏ
"Bəzi kişilər özlərini qadınlardan daha ağıllı hiss edərək, onlara karyera irəliləməsində maneə yaradırlar""Bloom Group" marketinq agentliyinin təsisçisi və baş direktoru Səbinə Pərvizi ilə müsahibə.
- Bu işə necə başlamısınız, necə qərar vermisiniz?
- İllər boyu marketinq sahəsində işləmişəm. HP, Microsoft kimi nəhəng şirkətlərdə marketinq işlərinə cavabdeh idim. Və artıq marketinq mənim təkcə seçdiyim peşə yox, həyatımın bir parçası olub. Korporativ mühitdə 15 ildən sonra öz biznesimi açmaq qərarına gəldim və əmin idim ki, bu, mənim ən sevimli işimlə bağlı olmalıdır. İngiliscə “passion” sözü var və mən bütün işlərimə həmin bu passion-la yanaşıram.
- Bu vəzifəyə yüksələnə qədər qarşılaşdığınız maneələr
- Ən böyük maneə ümumi vəziyyət idi. Şirkətimi pandemiyadan düz 4 ay öncə açmışam. O vaxt heç kim bilmirdi ki, başına nə gələ bilər. Amma pandemiya başlayanda biz ruhdan düşmədik və bu cür böhrana yeni imkanların açılması kimi baxdıq. Əsas maneə isə cəmiyyətimizdə hələ də olan stereotiplərdir. “Xanım bunu bacarmaz”, “ bu iş xanım üçün deyil”, “xanım evdə oturmalıdır” kimi bir çox stereotiplərlə qarşılaşmışam. İndiyə qədər işgüzar mühitdə seksizm də baş verir. Bəzi kişilər özlərini qadınlardan daha ağıllı hiss edərək, qadınlara karyera irəliləməsində maneə yaradırlar.
- Bir qadın kimi sizi ilhamlandıran məqamlar
- Mən əsasən layihələrim və işlərim ilhamlandırır. Uşaqlarımın mənim nailiyyətlərimlə qürurlandığını görmək, uğurlu biznesmenlərin hekayələri, yanımda eyni istiqamətdə fikirləşən insanların olmağı və ən əsası xəyallarım mənim ilham qaynağımdır.
- Qadınlara məsləhətiniz.
- Hər zaman özünüzə inanın, pozitiv düşünün, yenilikləri öyrənin və sevdiyiniz işlə məşğul olun! Bu amillər sayəsində bütün çətinliklərin öhdəsindən gələcək, arzularınızı, xəyallarınızı gerçəyə çevirəcək, uğurlu və xoşbəxt olacaqsınız.
Qadınların bu və daha çox uğur hekayəsi üçün Code Academy-nin qadinalayiq.az saytına keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb














.jpg)






