FED sədrinin açıqlaması bazarlarda "zəlzələ" yaratdı - DOLLAR BAHALAŞIR, QIZIL VƏ NEFT UCUZLAŞIR
ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Powell, ABŞ Senatının Bank Komitəsinə etdiyi təqdimatda yüksək inflyasiyanın onların faiz dərəcələrini gözlədiklərindən daha çox yüksəldilməsinə səbəb olacağını bildirib. Qısası, FED inflyasiya ilə mübarizə üçün faiz dərəcəsini artırmağa davam edəcək. FED sədrinin bu açıqlaması bazarlarda kəskin qiymət dəyişikliklərinə səbəb olub.
ABŞ Mərkəzi Bankının (FED) sədri Cerom Pauellin (Jerome Powell) ABŞ Konqresində iki gün davam edəcək yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatı başlayıb.
Marja xəbər verir ki, Pauell ABŞ Senatının Bank Komitəsinə etdiyi təqdimatda bu il başlayacaq güclü və davamlı iqtisadi aktivliyin mərkəzi bank rəsmilərini faiz dərəcələrini daha da artırmağa sövq edə biləcəyini və yüksək inflyasiyanın onların faiz dərəcələrini gözlədiklərindən daha çox artırılmasına səbəb olacağını bildirib.
Senatın Bankçılıq Komitəsində danışan Pauell deyib: "Son iqtisadi məlumatlar gözləniləndən daha güclüdür və bu, faiz dərəcələrinin son səviyyəsinin, ehtimal ki, əvvəllər gözləniləndən daha yüksək olmasını tələb edəcək".
“İnflyasiya ilə mübarizədə hələ çox yolumuz var”
Pauell, son aylarda inflyasiyanın "ilıq"olmasına baxmayaraq, inflyasiyanın 2% səviyyəsinə endirilməsi prosesində çox uzun bir yol olduğunu söyləyib.
Ötən il FED uçot dərəcəsini 8 dəfə artıraraq 4,5-4,75% aralığına çatdırıb.
Pauell çərşənbə günü ABŞ Nümayəndələr Palatasının Komitəsində də təqdimatla çıxış edəcək.
Puelin açıqlamasından sonra Dollar bahalaşıb. Bakı vaxtı ilə saat 23:14-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1,14% azalaraq 1.0557 səviyyəsinə düşüb (avro ucuzlaşıb, dollar bahalaşıb). Qızıl 1,7% ucuzlaşaraq unsiyası 1815 dollara, Brent nefti isə 3% ucuzlaşaraq 83,61 dollara geriləyib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
