Türkiyə pomidor ixracına məhdudiyyət tətbiq etdi
Türkiyə Kənd Təsərrüfatı Nazirliyi qiymət artımını və zəlzələni əsas gətirərək 2023-cü il aprelin 14-dək pomidor ixracına məhdudiyyət qoyub.Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi pomidorun qiymətinin artması və zəlzələni əsas gətirərək, ərzaq təminatının təhlükəsizliyini və qiymət sabitliyini təmin etmək məqsədilə 14 aprel 2023-cü il tarixinədək pomidor ixracına məhdudiyyət qoyub.
Marja xəbər verir ki, ixracın məhdudlaşdırılması qərarına Avropadakı meyvə-tərəvəz böhranının da təsir göstərdiyi düşünülür.
Xatırladaq kimi, İspaniya və Şimali Afrikadan gələn tədarük problemi səbəbindən İngiltərədəki bəzi bazarların meyvə-tərəvəz piştaxtaları son bir neçə həftədə boş qalıb, bəzi tərəvəz və meyvə məhsullarının, xüsusilə pomidorun istehlakçılara satışı ədəd ilə həyata keçirilib. Bu məqamda Avropa şirkətləri pomidor almaq üçün Türkiyəyə üz çeviriblər.
Sektor nümayəndələri deyirlər ki, pomidor ixracının məhdudlaşdırılması qərarı təbii fəlakət bölgəsindəki istehsalçılar daxil pomidor istehsalçılarına mənfi təsir göstərəcək.
Enerji böhranı yaşayan Avropada istehsalın azalması səbəbindən qiymətlər yüksəlib.
Son zamanlar Türkiyədə pomidorun qiyməti 35-40 TL aralığında olub.
Türkiyədə pomidor ilə bərabər soğan, xiyar, limon, kələm, kahı, portağal, gül kələm və naringi də bahalaşır. Ölkədə soğanın 1 kiloqramının qiyməti 1.50 - 2 manat civarına yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
18 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
18 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















