Avro Almaniyada işsizlik məlumatlarından sonra möhkəmlənir
Çərşənbə günü Almaniyada işsizliklə bağlı məlumatlardan sonra avro dollar qarşısında artımını gücləndirib.Almaniyada işsizlik səviyyəsinin ilin əvvəlindən bəri dəyişmədiyi barədə məlumatların açıqlanmasından sonra avro dollar qarşısında artımını gücləndirib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 14.42-yə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsindən 1,0576 dollardan 1,0666 dollara yüksəlib (0,84% artm). Almaniyada statistikanın yayımlanmasından əvvəl Avropa valyutası ABŞ-a qarşı bir qədər yavaş bir templə möhkəmləndi.
Dolların yen qarşısında məzənnəsi eyni zamanda 136,2 yendən 135,71 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,48% azalaraq 104,36 bənd təşkil edib.
Almaniyada fevralda işsizlik, analitiklərin gözlədiyi kimi, yanvar ayı səviyyəsində - 5,5%-də qalıb. 20 avrozona ölkəsinin sənaye istehsalı sahəsində işgüzar fəallıq indeksi (PMI) isə, yekun qiymətləndirməyə əsasən, yanvarda 48,8 bənddən fevralda 48,5 bəndədək azalıb.
Bir sıra statistik məlumatların çərşənbə günü açıqlanacağı gözlənilir. Analitiklər hesab edirlər ki, Almaniyada fevralda illik inflyasiya, bir ay əvvəlki 8,7%-dən 8,5%-ə qədər azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)















.jpg)
