İslam İnkişaf Bankı Qrupunun prezidenti ilə görüş keçirilib
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq ifadə olunub.Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir İslam İnkişaf Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətlərindən danışıb, energetika layihələrinə bankın dəstəyini vurğulayıb. Azərbaycanda enerji sahəsində aparılan islahatlar, böyük həcmdə “yaşıl enerji”, o cümlədən yaşıl hidrogen istehsalı və ixracı perspektivləri, enerji səmərəliliyi və enerji tənzimləmə sahələrində görülən işlər haqqında məlumat verilib. Ölkəmizdə bərpa olunan enerji istehsalı və ötürülməsi istiqamətində reallaşdırılacaq meqa layihələr üzrə Bankla geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib.
İslam İnkişaf Bankı qrupunun prezidenti öz növbəsində bankın infrastruktur layihələri, texniki dəstək, maliyyə yardımları, özəl sektorun inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verib. Azərbaycanda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə enerji sahəsində həyata keçiriləcək layihələrə, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək “yaşıl enerji” dəhlizi layihəsinə maraq ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
39 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 41 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub


















.jpg)






