Azərbaycan şirkəti calaqaltılar ixracına başlayır
Azərbaycanda ting yetişdirmə sektorunda fəaliyyət göstərən “Grand-Agro Invitro” MMC ölkə tarixində ilk dəfə Qırğızıstana calaqaltılar ixracına başlayır. Məlumata görə, bu, təkcə şirkətin tarixində deyil, Azərbaycan tarixində də ilk hadisədir.
Şirkət ümumi həcmi 100 min ədəd olan müxtəlif növdə calaqaltıları Orta Asiya ölkəsinə ixrac edəcək.
“Grand-Agro Invitro” MMC 2017-ci ildən fəaliyyətə başlamış, aqrar sektorda əsas şirkətlərdən birinə çevrilən “Agro Food Investments” MMC-nin törəmə müəssisəsidir. Hazırda, Bakının Türkan qəsəbəsi ərazisində iri tingçilik üzrə kompleksə sahibdir.
“Grand-Agro Invitro”dan bildirilir ki, hazırda daxili bazarın müəyyən hissəsini həm calaqaltı, həm də meyvə tingləri ilə təmin edirlər. İndi isə əsas məqsədlərdən biri xarici bazara ixracı yüksəltməklə, bu sahə üzrə Azərbaycan brendini formalaşdırmaqdır.
“Grand-Agro Invitro” MMC-nin İcraçı Direktoru Taleh Zeynalov bildirib ki, xaricə ixrac ediləcək məhsullar əsasən gilas və albalı üçün nəzərdə tutulan calaqaltılardır. Bu calaqaltılar Qırğızıstanda yerli aqrar şirkətlər tərəfindən alınaraq üzərində müxtəlif sortlar calaq ediləcək.
İxrac ediləcək calaqaltı əsasən “Krymsk-5”dir. Calaqaltı nəmli torpağa və bakterial xərçəngə, eləcə də quraqlığa davamlıdır. Şirkət əməkdaşı əlavə edir ki, bu sortu Qırğız şirkəti özü sifariş etmişdir.
Xatırladaq ki, aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan hökumətləri arasında bir sıra sənədlər imzalanmışdır. İki ölkənin kənd təsərrüfatı naziri İnam Kərimov və Askarbek Canibekov sənədləri imzalamışlar. Daha sonra 5 oktyabr 2022-ci ildə İnam Kərimov Qırğızıstana səfər etmişdir. Həmin görüşdə iki ölkənin şirkətləri arasında keçirilən görüşlərdə ilkin olaraq Azərbaycanda istehsal olunan 200 min ting və calaqaltı əkin materialının Qırğızıstana ixracı, azərbaycanlı mütəxəssislərin bu ölkədə bağ salınması prosesində və təlimlərdə iştirakı ilə bağlı razılıq əldə edilmişdir.
“Grand-Agro Invitro” illik 4 milyon ting və calaqaltı istehsal gücünə malikdir.
Taleh Zeynalovun sözlərinə görə, müəssisənin yeni hədəflərindən biri də Özbəkistandır.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 35 d. əvvəl
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
14 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
14 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neftdə narahatlıq yaradan ABŞ ssenarisi: 200 dollar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Ən çox oxunanlar
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır





















