Film istehsalçıları və kinoteatr şəbəkələri təşviqlərin verilməsini təklif edirlər
Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və aradan qaldırılması məqsədilə dialoq formatında görüşlərin keçirilməsini və birgə əməkdaşlığı davam etdirir.
Xidmətin yaydığı məlumata görə, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kinofilm istehsalı, dublyaj və animasiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri ilə onlayn formatda keçirilib.
Görüş dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib.
Görüşdə ölkəmizdə kinematoqrafiya sektorunda çalışan şəxslər üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən milli kinofilmlərin istehsalı və yayımı üzrə sahibkarlıq subyektlərinin fəaliyyətinə təşviqlərin verilməsinə dair təkliflər dinlənilib, xüsusi əhəmiyyət daşıyan sahəvi qanunvericilik aktları və qaydalarında mümkün dəyişikliklərin vacibliyi iştirakçılar tərəfindən qeyd olunub.
Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























