Artıq ödənilmiş vergilərin qaytarılması üçün yeni mexanizm hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. İxrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq.
Marja xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. yeni mexanizmin ilkin olaraq ixrac fəaliyyəti göstərən vergi ödəyicilərini əhatə etməsi, sonrakı mərhələlərdə digər vergi ödəyicilərinə də şamil olunması nəzərdə tutulur. Artıq ödənilmiş məbləğlərin çevik qaydada qaytarılması ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların maliyyə resurslarının likvidliyinin artırılmasına şərait yaradacaq, eyni zamanda, onların inzibati işlərə vaxt itkisinin qarşısını alacaq.
Artıq ödənilmiş vergilərin avtomatlaşdırılmış qaydada qaytarılması mexanizminə əsasən, vergi orqanı tərəfindən belə məbləğlər müəyyən edilərək qaytarılması məqsədəmüvafiq hesab olunan məbləğlər seçiləcək və sistemdə təsdiq əməliyyatı yerinə yetiriləcək. Vergi orqanının təsdiqi nəticəsində ödəyicinin elektron kabinetində tərtib edilmiş ərizə məlumatları avtomatik əks olunacaq və vergi ödəyicisinə bildiriş göndəriləcək. Ərizə vergi ödəyicisi tərəfindən təsdiq, rədd və ya düzəliş (məbləğin azalması, hesabın dəyişdirilməsi) edilə bilər. Ərizə vergi ödəyicisi tərəfindən təsdiqləndikdə müəyyən edilmiş müddət ərzində icra olunması üçün vergi orqanına veriləcək və müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə göndəriləcək.
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə vergi ödəyicilərinə münasibətdə müəyyən şərtlər mövcuddur. İlk növbədə, vergi ödəyicilərinin fəaliyyəti ixrac sahəsini əhatə etməli, riskli vergi ödəyicisi olmamalı, riskli vergi ödəyicisindən elektron qaimə-faktura əldə etməməli, açıq səyyar vergi yoxlaması və təqdim edilməmiş bəyannaməsi olmamalı, bəyan edilmiş əmək haqqı məbləği orta aylıq əmək haqqı məbləğindən aşağı olmamalı və bəyannamələr üzrə vergi yaradan risklər olmamalıdır.
Digər vergi ödəyiciləri üzrə artıq ödənilmiş vergilərin qaytarılması müvafiq qaydalarda nəzərdə tutulmuş müddətlər ərzində həyata keçirilir.
Qeyd edək ki, vergi ödəyicilərinin məmnunluğunun artırılması məqsədilə 2021-ci ildən artıq ödənilmiş vəsaitlərin geri alınması prosesini özündə əks etdirən “Vahid elektron lövhə” istifadəyə verilib. Vergi ödəyiciləri bu lövhə vasitəsilə müraciətlərinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə bilirlər. “Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənir. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların Dövlət Vergi Xidmtinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
21 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























