2022-ci ildə Azərbaycanda 122 min 846 doğum, 60 min 810 ölüm halı qeydə alınıb

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 63 min 836 nəfər və ya 0,6 faiz artıb.
Dövlət Statistika Komitəsinin "2023-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatına görə, 2023-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 145 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla.).
"2022-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" hesabatında qüyd edilmişdi ki, 2021-ci ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 37 min 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 156 min 366 nəfərə çatmışdır.
Demoqrafik vəziyyət
Hesabatda qeyd edilib ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 127 min 145 nəfər təşkil etmişdir. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi Lənkəran - Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi MilMuğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşamışdır.
Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuş və bu göstərici Bakı şəhərində (1092 nəfər), Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olmuşdur.
2022-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 122 min 846 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə doğulanların sayı 11,2-dən 12,2-yə qədər artmışdır.
Körpələrdən 3438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,3), Mil-Muğan (14,7), Şərqi Zəngəzur (14,5), Lənkəran-Astara (14,2), Qarabağ və Quba-Xaçmaz (14,1), Şirvan-Salyan (13,8), Mərkəzi Aran (13,7) və Qazax-Tovuz (13,3) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olmuşdur.
Ötən il ölkədə 60810 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6,0-a qədər azalmışdır. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.
Ötən il ölkədə 60 min 810 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6,0-a qədər azalmışdır. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olmuşdur.
2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artmış, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşmüşdür.
Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olmuşdur
Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 min 869 nəfər gələn, Azərbaycandan isə 1069 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 1800 nəfər təşkil etmişdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
9 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
21 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
38 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
