Dövlət şirkəti işçilərini 300-350 manata işlədir
“Azəripək” MMC şimal-qərb bölgəsinin iri sənaye müəssisələrindən biridir. Hazırda müəssisədə baramaaçan, boyaq-bəzək, toxucu istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Bu istehsalatlarda, ümumilikdə, 350 nəfər daimi işçi çalışır.
Müxbirimiz “Azəripək” MMC-də olub, müəssisənin burucu sexi və toxucu istehsalatının fəaliyyəti ilə maraqlanıb.
MMC sədrinin müşaviri Teymur Musayev bildirib ki, müəssisənin fəaliyyəti, ilk növbədə, zəruri xammal bazasından asılıdır. 2022-ci ildə respublikanın 40 rayonunda barama yetişdirilib, 341 tona yaxın yaş barama istehsal olunub. Rayonlardan tədarük edilən yaş baramaya görə “Azəripək” MMC tərəfindən kümçülərə 1 milyon 927,3 min manat vəsait ödənilib. Tədarük edilən yaş baramadan müəssisədə 130 ton quru barama istehsal olunub. Baramanın 72 tonu dekabrın sonunadək emala verilib. Ötən il müəssisədə 29 ton xam ipək, 12 ton ipək vata istehsal olunub.
Kümçülərdən tədarük olunan yaş barama müəssisənin xammal şöbəsində çeşidlənib təmizləndikdən sonra baramaaçan istehsalatına göndərilir. Burada istehsal olunan xam ipək daha sonra müəssisənin burucu sexinə daxil olur. Sexin rəisi Rasim Səmədov 1977-ci ildən bu müəssisədə, 1980-ci ildən isə burucu sexində çalışır. Onun sözlərinə görə, sexə daxil olan xam ipək sabunla, yağla, digər vasitələrlə isladılır, yumşaldılır və açılaraq toxucu istehsalatının, xalça sexinin tələbatına uyğun olaraq 3 teldən 100 telədək cütləşdirilib burulur və hazır məhsul şəklində həmin istehsalatlara verilir.
Burulmuş ipək sap sonra müəssisənin toxucu istehsalatına göndərilir. İstehsalat rəisi Abbas İsrafilov bildirib ki, hazırda burada 44 işçi çalışır. İstehsalatda sovetlər dövründə istehsal olunmuş 96 ədəd köhnə dəzgahla yanaşı, Almaniya istehsalı olan 6 ədəd ən müasir toxucu avadanlığı da quraşdırılıb. Bu dəzgahların məhsuldarlığı əvvəlkilərdən bir neçə dəfə çoxdur. Sexdə toxunan ipək parçadan əsasən kəlağayı istehsalında istifadə olunur. İpək parçanın qalan hissəsi isə sifarişə uyğun olaraq doğranır, boyaq-bəzək sexində yuyulub ağardılır və daha sonra satışa göndərilir. Sexdə çalışan işçilərin orta aylıq əməkhaqqı 300-350 manat təşkil edir.
“Azəripək” MMC dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə daxildir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















