İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir.
Xidmətin yaydığı məlumatda bildirilir ki, aparılan monitorinqlər və Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili zamanı bir sıra internet portallarında mövcud qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz idman mərc oyunlarının reklam edildiyi müəyyən olunub. Bu cür reklamlarda həmin qanunsuz oyun və lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikri aşılanır, həmçinin qazanc əldə edilməsinə zəmanət verilməsinə dair fikirlər də yer alır ki, bu da müvafiq qanunvericiliyin tələblərinə ziddir.
Qeyd edilib ki, idman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir. Qanuna əsasən, mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir.
Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilib. Dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir.
Məlumat üçün bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qumar oyunlarının və ya belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, həmçinin keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür reklamların yerləşdirilməsi ilə əlaqədar araşdırmalara başlayıb. Araşdırmaların nəticələrinə uyğun olaraq, qanun pozuntularına yol vermiş bazar subyektləri barəsində tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























