Gəncədə ərzaq, içki və siqaret satışı azalıb
2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində pərakəndə ticarət dövriyyəsi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, 2022-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakcılara 1 milyard 357 milyon 562,9 min manatlıq, o cümlədən 581 milyon 111,1 min manatlıq ərzaq məhsulları,içkilər və tutun məmulatları, 776 milyon 451,8 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 42,5 faiz azalmş qeyri-ərzaq malları üzrə isə 2,2 dəfə artmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında istehlak mallarının dəyər ifadəsində 23,7 faizi ticarət müəssisələri 59,6 faizi fərdi sahibkarlar tərəfindən 16,7 faizi isə bazar və yarmarkalarda satılmışdır.
2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 32,9 faiz artmış, fərdi sahibkarlar üzrə 7,7 faiz azalmış, bazar və yarmarkalarda isə 2,4 faiz artmışdır.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir şəhər sakini orta hesabla ayda 316,1 manatlıq, o cümlədən 135,3 manatlıq ərzaq məhsulları, içkilər və tutun məmulatları, 180,8 manatlıq qeyri-ərzaq malları almışdır.
İctimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında
Gəncə şəhərində 2022-ci ilin yanvar-dekabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,0 faiz artaraq 32 milyon 842,1 min manat təşkil etmiş, dövriyyənin 32 milyon 731,8 min manatı (99,7 faizi) fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2022-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,0 faiz artaraq 358 milyon 553,4 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 92 milyon 871,3 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,9 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 18,5 faizi dövlət, 81,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.
Yanvar-dekabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 132,1 manatlıq və müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
2 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
3 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
4 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
5 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib







.jpg)









.jpg)





