Dünya Bankı ilə yeni əməkdaşlıq istiqamətləri barədə müzakirə aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, Bankla ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, investisiya artımı və s. sahələr üzrə birgə layihələr reallaşdırılıb, analitik sənədlər hazırlanıb.
Görüşdə ölkəmizdə iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib. Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində davamlı iqtisadi yüksəlişə, “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi önəm verilir. Milli Prioritetlərdə müəyyən olunmuş strateji istiqamətlər üzrə həyata keçirilən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiyada dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və yeni keyfiyyətə transformasiya, ekosistemdə müsbət keyfiyyət dəyişiklikləri, biznesin, insan kapitalının davamlı inkişafı, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılması və s. əsas hədəflər kimi müəyyən olunub.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirdiyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər Dünya Bankı ilə əməkdaşlığın gündəliyində olan məsələlər, potensial layihələr barədə müzakirə aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



.jpg)
