Zoom işçi heyətinin 15%-ni ixtisar edir
Video konfrans xidməti Zoom işçilərinin 15% ixtisar edir.
Marja xəbər verir ki, bunu Zoom şirkətinin Baş direktoru Erik Yuan bildirib.
"Biz çətin, lakin lazımlı qərarı verdik - komandamızı təxminən 15% azaldırıq və 1300 çalışqan, istedadlı həmkarımızla vidalaşacağıq", - Yuan şirkətin saytında bildirib.
İxtisar edilən işçilər 16 həftə ərzində maaş, tibbi xidmət, son maliyyə ili üçün illik mükafat alacaqlar. Onlar həmçinin fərdi təlim və seminarlara çıxış əldə edəcəklər.
Həmçinin Yuan, gələn il maaşının 98% azalacağını və 2022-23-cü maliyyə ili üçün korporativ bonusdan imtina edəcəyini bildirib. Bundan əlavə, onun icraçı komandasının üzvlərinin baza maaşı 20% azalacaq və onlar da əvvəlki maliyyə ili üçün korporativ mükafat almayacaqlar.
Eyni adlı video rabitə xidməti olan Zoom Video Communications 2011-ci ildə yaradılıb.
Pandemiya zamanı Zoom-dan istifadə artmışdı.
Son bir il ərzində Zoom Video Communications şirkətinin səhmi Nasdaq birjasında 142 dollardan 84 dollara qədər ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"





















.jpg)

