Media şirkətlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq
Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.
Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
XXX
Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılması təklif edilib
Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 3 ildən 5 il müddətinə artırılması təklif edilib.
Belə bir təkliflə bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Mahir Abbaszadə çıxış edib.
"Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi dövlət üçün 10 milyon manata başa gəlibsə, düşünürəm ki, 5 il müddətinə vergidən azad olunması medianın inkişafı üçün 15-16 milyon manat başa gəlməsi elə də yük olmayacaq", - M.Abbaszadə bildirib.
Deputat hesab edir ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək: "Mənə elə gəlir ki, bu da dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq. Bu sahədə addığımız addımlar gələcəkdə edilən güzəştlərin nəticələrini də göstərə bilər".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























