“BOLT” şirkətinin Azərbaycanda külli miqdarda cərimə edildiyi bildirilir
Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “BOLT” şirkəti Azərbaycanda haqsız rəqabət inhisarçılıq cəhdlərinə görə böyük məbləğdə cərimə edildiyi bildirilir.
Məlumata görə, “189 taksi”yə məxsus olan “Delivery Azerbaijan” MMC çatdırma şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək "Bolt Services AZ" MMC barədə şikayət edib.
Şikayətdə bildirilib ki, “Bolt Services AZ” MMC qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verir.
Aparılan araşdırma iddianın doğru olduğunu təsdiqləyib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı məlum olub ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərir və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.
Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.
Xidmətdən bildirilib ki, araşdırma nəticəsində “Bolt Services AZ” MMC-yə 113 min manat maliyyə sanksiyası tətbiq edilib.
XXX
"Bolt" şirkəti cərimələndiyi barədə məlumata reaksiya verib: Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir:
""Bolt" öz hərəkətlərinin qanuniliyinə və şirkətin reputasiyasına əhəmiyyət verən beynəlxalq şirkətdir. Bolt 45-dən çox fərqli yurisdiksiyada fəaliyyət göstərir, bəziləri ciddi şəkildə tənzimlənir, digərləri isə tənzimləmə üzərində işləyir. Rəqabətimizi rəqabətədavamlı saxlamaq və müştərilərimizə xidmət göstərmək üçün hər bir regionda tənzimləyicilər ilə işləməkdən məmnunuq. İstifadəçilərimizə mümkün olan ən yaxşı xidməti təqdim etmək və Bolt xidmətlərinin göstərildiyi bölgələrin qüvvədə olan qanunları çərçivəsində işləmək bizim üçün çox vacibdir. Bundan əlavə, biz həmişə bazarda sağlam rəqabətə açığıq!"
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)



