"Bank BTB" 2022-ci ili əməliyyat mənfəəti ilə başa vurub
"Bank BTB" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
ƏMƏLİYYAT GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, ötən il Bankın cəmi əməliyyat gəlirləri 32 milyon 37 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 595 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 442 min manat təşkil edib.
"Bank BTB" ASC ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 417 min manat ayırıb, bununla əlaqədar olaraq Bank ili 4 milyon 975 min manat xalis zərər ilə bağlayıb. Ehtiyat bankın gələcəkdə risklərə qarşı daha dayanıqlı olması və fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün yaradılır.
Müqayisə üçün qeud edək ki, 2021-ci ildə "Bank BTB" ASC-nin Bankın cəmi əməliyyat gəlirləri 31 milyon 479 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 343 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 136 min manat təşkil etmişdi. Beləliklə, "Bank BTB"nin əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 3 dəfədən çox artıb.
"Bank BTB"nin faiz gəlirləri 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 145 min manat və ya 4,5% artaraq 26 milyon 792 min manat təşkil edib.
BANK BÖYÜYÜB
31 Dekabr 2022-ci il tarixində "Bank BTB"nin cəmi aktivləri 374 milyon 200 min manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12 milyon 138 min manat və ya 3,4% çoxdur. Bankın kredit portfeli 149 min manat artaraq 251 milyon 203 min manata çatıb.
MÜŞTƏRİLƏRİN MÜDDƏTLİ DEPOZİTLƏRİ ARTIB
31 Dekabr 2022-ci il tarixində "Bank BTB"də müştərilərin müddətli depozitləri 142 milyon 561 min manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 13 milyon 695 min manat və ya 10,6% çoxdur.
31 Dekabr 2022-ci il tarixində "Bank BTB"də 53 milyon 772 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 53 milyon 575 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 12 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?



















