“Unibank”ın səhmdarlarının yeni pay bölgüsü açıqlanıb

“Unibank” ASC-nin səhmdarlarının daha detallı yeni pay bölgüsü açıqlanıb.
Bu barədə Bankın saytında bildirilir.
Məlumata görə, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Bankın səhmlərinin 41,9%-nə nəzarət edir. Bankın Nizamnamə kapitalının 70% artırılmasından əvvəl bu göstərici 56,9% olub.
Bundan əvvəl “Unibank”ın səhmlərinin 4,4%-nə nəzarət edən Zemfira Cəfərovanın payı isə 2,6%-ə düşüb.
Əvvəlcədən deyildiyi kimi Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Unibank”dakı payını 12,15%-dən 21,9%-ə, Almaniyanın "DEG" investisiya şirkəti isə payını 6,7%-dən 27,6%-ə çatdırıb. Digər fiziki və hüququ şəxslərin, minoritar səhmdarların Bankdakı payı isə 19,85%-dən 6%-ə düşüb.
Xatırladaq ki, "Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb.
Kapital:
Unibank” KB ASC-nin nizamnamə kapitalı 119,686,326.72 AZN təşkil edir. Buraxılan səhmlərin sayı 44 002 326 ədəddir. Bank hər bir səhmin nominal dəyəri 2,72 manat olan 38 855 226 ədəd ( 105,686,214.72 AZN məbləğində) adi adlı, səs hüququ verən sənədsiz səhm və hər birinin nominal dəyəri 2,72 manat olan 5 147 100 ədəd (14 000 112 manat məbləğində) adlı, sənədsiz imtiyazlı səhm buraxıb. Bankın səhmlərinin reyestr saxlayıcısı kimi Milli Depozit Mərkəzi çıxış edir. Səhmlərin depozitar uçotunu Milli Depozit Mərkəzi aparır.
Səhmdarlar | Səs hüququ verən adi səhmlərdə payı (%) | Nizamnamə kapitalında payı (%) |
Rezidentlər: | ||
Qəribov Eldar Mahmud oğlu | 46,0379% | 40,6526% |
Cəfərova Zemfira Mirzə | 2,9437% | 2,5993% |
Minoritar səhmdarlar | 1,4388% | 1,2705% |
Qeyri-rezidentlər: | ||
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) | 21,9849% | 19,4132% |
DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti | 27,5947% | 24,3668% |
Cəmi: | 100% |
|
Səhmdarlar | İmtiyazlı səhmlərdə payı |
|
Rezident fiziki şəxslər: |
|
|
Qəribov Eldar Mahmud oğlu | 10,71% | 1,2534% |
Minoritar səhmdar | 1,43% | 0,1673% |
Qeyri-rezident hüquqi şəxslər | 68,24% | 7,9815% |
Qeyri -rezident fiziki şəxslər | 19,62% | 2,2954% |
Cəmi: | 100% | 100% |
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 15 saat əvvəl
-
22 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
