Azərbaycan vətəndşalarının Türkiyədə mənzil alışı azaldı
2022-ci il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1330 mənzil (ev) alıblar. Halbuki, azərbaycanlılar 2021-ci ildə qardaş ölkədə 1517 evə sahib olmuşdular.
Marja.az Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir ki, azərbaycanlılar yanvarda 89, fevralda 93, martda 115, apreldə 156, mayda 118, iyunda 131 mənzil, iyulda 65, avqustda 106, sentyabrda 115, oktyabrda 99, noyabrda 104, dekabrda 139 ev alıblar.
Xatırladaq ki, Azərbaycan vətəndşaları 2021-ci ildə Türkiyədə 1517 ev, o cümlədən yanvarında 68, fevralında 77, martında 106, aprelində 131, mayında 47, iyununda 164 mənzil, iyulunda 127, avqustunda 138, sentyabrında 162, oktyabrında 120, noyabrında 185, dekabrında 192 mənzil almışdılar. 2021-ci illə müqayisədə 2022-ci ildə azərbaycanlılar Türkiyədə daha az ev alıblar.
Azərbaycanlılar Türkiyədə 2020-ci ildə 1279 mənzilə mənzilə sahib olmuşdular.
Dekabrda azərbaycanlılar Türkiyədə ev alan xaricilər arasında 8-ci yeri tutublar.
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışlarının azalması qiymətlərin kəskin yüksəlməsi ilə əlaqədardır. Türkiyə mənzil qiymətlərinin artımına görə dünya ölkələri arasında birinci yeri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















