Bank ötən ili 1,9 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
"Bank Melli İran" Bakı filialı 2022-ci ili 1 milyon 867 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, filial 2021-ci ili 1 milyon 960 min manat xalis zərər ilə bağlamışdı. Ötən ilin xalis mənfəəti, əsasən ehtimal olunan zərərlər üzrə yaradılmış ehtiyatdan azad olmuş vəsait, faiz xərclərinin azalması və xarici valyuta əməliyyatları üzrə gəlirlərin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Bank Melli İran" Bakı filialının faiz gəlirləri 2021-ci ildə 3 milyon 443 min manat ikən, 2022-ci ildə 3 milyon 477 min manat təşkil edib. Haqq və komissiya gəlirləri isə 184 min manatdan 176 min manata düşüb.
Həmçinin, ötən il aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan 866 min manat azad olub. Filial 2021-ci ildə 3 milyon 733 min manat ehtiyata ayırmışdı.
Ötən il "Bank Melli İran" Bakı filialının kredit portfeli 378 min manat azalaraq 9 milyon 467 min manata geriləyib.
"Bank Melli İran" Bakı filialı 31 dekabr 2022-ci il tarixində 96 milyon 620 min manat cəmi aktivlərə malik olub. Filial 31 dekabr 2021-ci il tarixində 86 milyon 841 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























