Dolların zəifləməsi ilə qızıl daha da bahalaşdı
ABŞ valyutasının zəifləməsi ilə qızılın bir unsiyasının qiyməti 1880 dollara yüksəlib.Ticarət məlumatlarına əsasən, bazar ertəsi səhər qızılın qiyməti daha da yüksələrək bir troy unsiyası (31,1035 qıram) üçün 1880 dollara yaxınlaşıb.
Marja xəbər verir ki, Dolların ucuzlaşması qiymətli metalın qiymətini dəstəkləyir.
Bakı vaxtı ilə saat 10:27-də, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 10,25 dollar və ya 0,72% bahalaşma ilə 1 troy unsiyası üçün 1879,95 dollar olub. Gümüşün mart fyuçersləri 0,64% artaraq bir unsiya üçün 24,135 dollar təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,27% azalaraq 103,6 bənd təşkil edib. Dolların ucuzlaşması qızılın dəyərini dəstəkləyir, bu halda əmtəələr başqa valyutada alış zamanı daha əlverişli olur.
Bazarlar bu həftə, dolların məzənnəsinə və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı gələcək siyasətinə təsir göstərə biləcək vacib məlumatları gözləyir. Belə ki, cümə axşamı ABŞ-da dekabr ayı üzrə illik inflyasiya statistikası açıqlanacaq. Analitiklər noyabrda 7,1%-dən sonra göstəricinin azalmağa davam etdiyini və 6,5% təşkil etdiyini proqnozlaşdırırlar.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin analitiklərinə görə, Dollar indeksində eniş tendensiyası davam edərsə və “buğa”lar qiymətləri 1870 dollar həddindəki müqavimət səviyyəsinin üzərində saxlaya bilsələr, qızılın unsiyası 1896 dollara və ardınca 1942 dollaradək bahalaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
50 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




