Maliyyə Nazirliyi 180 milyon manat da cəlb etdi
27 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105003997 ISIN-li, 150 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 78.2700 (17.9%) manat və 95.1773 (7.13%) manat olan 40 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.2652 (9.99%) manat, orta ölçülmüş qiyməti isə 91.4869 (9.2604%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 137 milyon 462 min 100 manat, yerləşdirilmiş həcmi isə 60 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 28 dekabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 24 dekabr 2024-cü ildir.
Həmçinin 27 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104100018 ISIN-li, 150 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 87.7784 (13.9999%) manat və 94.3955 (5.9699%) manat olan 46 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.2139 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 92.6227(8.0087%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 280 milyon 500 min 500 manat, yerləşdirilmiş həcmi isə 120 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
25 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
27 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
44 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub























