Ekspertlər Rublun kəskin ucuzlaşmasını şərh ediblər
Ekspertlər Rusiya rublunun kəskin zəifləməsini şərh ediblər.
Marja.az xəbər verir ki, ekspertlərə görə, rublun Moskva birjasında ticarət edilən əsas valyutalar qarşısında kəskin ucuzlaşması ilin sonuna yığılan mənfi təsirlər, o cümlədən sanksiyalar, Rusiya neftinə "tavan" qiymətin tətbiqi, dünya bazarında "qara qızıl"ın qiymətinin düşməsi və nəticədə Rusiyanın ticarət balansının gözlənilən pisləşməsi ilə bağlıdır.
Dekabrın əvvəlindən rubl artan sürətlə zəifləməyə başlayıb, bazar ertəsi ucuzlaşma güclənib və bir neçə aylıq minimumlar yenilənib. Dollar bir gündə 3,83 rubl bahalaşaraq 68,48 rubla çatıb, bu, mayın 11-dən bəri maksimumdur.
Eyni zamanda, avro 3,51 rubl bahalaşaraq 72,61 rublu görüb, bu da, mayın 11-dən maksimumdur.
Çin yuanı 53 qəpik bahalaşaraq 9,81 rubla çatıb (iyulun 7-dən etibarən maksimum).
Bununla belə, cari valyuta məzənnələri hələ bir il əvvəlkindən nəzərəçarpacaq dərəcədə aşağıdır: dollar 2021-ci ilin dekabrını 74,5 rubl, avro isə 84,5 rubl səviyyəsində başa vurmuşdu.
“Veles Kapital”dan Yuri Kravçenko bildirib ki, rublun dollara və avroya nisbətdə müşahidə olunan zəifləməsi son həftələrin tendensiyasının davamıdır:
“Noyabrın sonundan Rusiya valyutası ciddi sanksiya təzyiqi (Rusiya neftinə “tavan” qiymətin tətbiqi, Avropa İttifaqının sanksiyalarının doqquzuncu paketi), eləcə də noyabrdan neftin dünya qiymətlərinin düşməsinin mənfi təsiri altındadır. Burada onu da əlavə etmək lazımdır ki, bazarlar Rusiya neftinə tavan qiymətin tətbiqinin Rusiyanın ixracına və büdcəsinə təsirini hələ tam qiymətləndirə bilmir və qeyri-müəyyənlik vəziyyəti daha da gərginləşdirir.
Yəqin ki, rublun indiki zəifləməsi sanksiyaların özü ilə deyil, investorların gələn il Rusiya Federasiyasının ixrac valyuta gəlirləri ilə bağlı proqnozlarını yenidən qiymətləndirmələri və bunun müvafiq mənfi təsiri ilə bağlıdır".
Kravçenko əlavə edib: "Həmçinin, son günlər rublun ucuzlaşmasının intensivləşməsi investorların riskli aktivlərdən çıxması ilə bağlıdır. İstisna etmək olmaz ki, son günlər valyuta alışlarının aktivləşməsinə səbəb ayrı-ayrı əsas bazar oyunçularının əməliyyatlarıdır".
"İlkin olaraq, Rublun zəifləməsi yeni məhdudiyyətlər gözləntiləri və Rusiya neftinə "tavan" qiymət tətbiqi ilə bağlıdır: bu gözləntilər valyutaya tələbi artırıb",- "Alfa Bank"dan Nataliya Orlova şərh edib. "Bundan başqa, ola bilsin ki, bəzi iştirakçılar valyutada uzun mövqelər formalaşdırmağa üstünlük verirlər. Rublun bu həftəni necə keçirəcəyi bazar üçün vacib olacaq. İxracatçılar tərəfindən vergi ödənişləri üçün satılacaq valyuta kütləsi də bazara daxil olmalıdır”,- o əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























