“Mercedes Benz Azərbaycan”ın iştirakı ilə "Səfirlər Kuboku"
2017-ci il iyulun 2-də “Dreamland Golf Club”-da ilk dəfə olaraq Mercedes-Benz şirkətinin rəsmi distribüteri «Autocapital-Azerbaijan» və rəsmi dileri olan "Abşeron Avtomobil Mərkəzi "nın dəstəyi ilə “Səfirlər Kuboku” - Ambassador Trophy qolf turniri keçirilmişdir.
Dünyanın ən populyar turnirlərindən biri olan bu turnirə müxtəlif ölkələrin səfirliklərindən hər biri öz ölkəsinin şərəfini qorumaq uğrunda mübarizə aparmaq üçün dörd qolfçu dəvət etmişdi.
Bu il səkkiz ölkə turnirə start vermiş, bunların arasında qəbul edən tərəf – Azərbaycanın da komandası, həmçinin aşağıdakı səfirliklər: ABŞ, Böyük Britaniya, Cənubi Koreya, İtaliya, İsveç, Almaniya və Malayziya da olmuşdur. Qonaqlar qolf klubun eksklüziv klub binasında qarşılanmış və oradan onlara müxtəlif model sıralı Mercedes avtomobillərində transfer təklif olunmuşdur. Bu, rahat Vito, yeni E-klass və əlbəttə ki, mümunəvi sinif - GLS-in tutumlu yolsuzluq avtomobilləri ola bilərdi. İlin ən isti yay günlərindən birində qolf meydanında hesab çox layiqli oldu. Cənubi Koreya Charge d’affairs - Kwon Dong Seok və Mr. Lee Jeong Jae hərbi attaşenin rəhbərliyi və səfirliyin iki qonağı - Mr. Choi Jin Youb və Mr. Tak Hong Min ilə 18 oyuğa 67 zərbə vurmaqla fenomenal nəticə əldə etməklə (59.4 nett) qələbə qazandı. Malayziyanın səfiri cənab Roslan Abdul Rahman və onun komandası: Ramzi Kadri, Ahmad Zakir Salehudin, Rosli Hamzah Cənubi Koreyaya cəmi 0,2 xal uduzaraq ikinci yeri tutdu. Fora çıxıldıqdan sonra yekun 69 və ya 59,6 zərbə oldu.
Üçüncü yer fora çıxıldıqdan sonra 68 zərbə və ya 61.2 xal ilə səfir Тomas Danestad və onun oğlu Julius Danestadın da iştirak etdiyi İsveç komandasına, həmçinin, Azercell şirkətinin nümayəndəsi Kennet Rådne və səfirliyin xüsusi qonağı cənab Xəlil Hüseynova nəsib oldu.
Eləcə də, aşağıdakı xüsusi nominasiyalar qeyd edilmişdir: turnirin ən gənc oyunçusu və qolf meydançasında ən dəqiq zərbəni etmiş Julius Danestad (İsveç), 7 oyuğa vurulan ən dəqiq zərbələri udmuş Dmitri Ruşik, 11 oyuğa isə ən dəqiq zərbə ilə Xəlil Hüseynov fərqlənmişdir. Oyuqda ən uzaq zərbə Cənubi Koreya nümayəndələrinə - Mr. Choi Jin Youba nəsib olub.
«Abşeron Avtomobil Mərkəzi» avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















