Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Malayziyada 136 milyard dollar dövlət vəsaitinin israfı ilə bağlı təhqiqat başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Malayziyada 136 milyard dollar dövlət vəsaitinin israfı ilə bağlı təhqiqat başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Malayziyanın korrupsiya əleyhinə komissiyası dövlət xəzinəsindən 136,2 milyard dollar həcmində dövlət vəsaitinin ehtimal edilən israfı ilə bağlı təhqiqata başlayıb.

BERNAMA agentliyi xəbər verir ki, təhqiqata ölkənin yeni Baş naziri Ənvər İbrahimin sabiq hökumət başçısı Muhiddin Yasin tərəfindən təsdiq edilən çoxmilyardlı hökumət layihələrinə yenidən baxılacağı ilə bağlı bəyanatı fonunda start verilib. Yeni Baş nazir hesab edir ki, bu layihələrin təsdiqi zamanı lazımi prosedurlara əməl olunmayıb.

Malayziyada noyabr ayında keçirilən ümumi seçkilərdə heç bir partiya parlamentin aşağı palatasında mütləq üstünlük əldə edə bilməyib və koalisiya hökumətinin qurulması zərurəti yaranıb. Lakin tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyib. Nəticədə Malayziya kralı Abdullah əvvəllər baş nazirin müavini olmuş Ənvər İbrahimi hökumət başçısı təyin edib.

Ənvər İbrahim hökumət xərclərinə qənaət etmək məqsədilə nazirlərinin sayını azaldacağını və maaşlarını aşağı salacağını bildirib. O, həmçinin “Mercedes S600” markalı xidməti avtomobilindən imtina edib.

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Azərtac

08.12.2022 17:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18