“Bakı Ayaqqabı Fabriki”ni alan şirkətin adı açıqlanıb - 5,5 milyon manatlıq investisiya
“Bakı Ayaqqabı Fabriki”ni “Pepi-Əli Kəndli Təsərrüfatı” şirkəti alıb.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin yüngül sənaye sektorunda fəaliyyət göstərən daha bir istehsal müəssisəsinin özəlləşdirilməsi yekunlaşdırılıb.
Marja.az Xidmətin yaydığı məlumata istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti 17 oktyabr 2022-ci il tarixində “Bakı Ayaqqabı Fabriki” ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. İştirakçıların təkliflərinin təhlili aparıldıqdan sonra daha əlverişli şərtlər təklif edən “Pepi-Əli Kəndli Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub.
Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 3,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, 2,5 il ərzində müəssisədə 5,5 milyon manatlıq İnvestisiya Proqramının icrasına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların alınması, tikililərin təmiri və yenidənqurulması, müəssisənin xammal bazasının artırılması, infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.
İnvestisiya Proqramının icrası nəticəsində 110 yeni iş yerinin yaradılması, müəssisənin əsas xammal bazasını təşkil edən dərilərin alınması sahəsində yerli istehsalçılarla əməkdaşlığın qurulması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























