“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
(®) Maliyyə dünyasının tanınmış nəşrlərindən olan “The Banker” jurnalı 2022-ci ilin nəticələrinə görə "İlin bankı” mükafatının qaliblərinin siyahısını elan edib. Azərbaycan üzrə “İlin bankı” nominasiyasına ABB layiq görülüb.
Adı çəkilən nəşrin bununla bağlı yaydığı açıqlamada ABB-nin yüksək mükafata layiq görülməsi gənc mütəxəssislər üçün rəqəmsal bankçılıq və İT təlimləri istiqamətində aparılan işlər, rebrendinq layihəsinin uğurla həyata keçirilməsi və Bankın kapital mövqeyinin güclənməsi ilə izah olunur.
2019-cu ilin sonunda ABB Tech akademiyasının fəaliyyətə başlaması Bankın ölkəmizin gələcəyinə töhfəsidir. Akademiya Azərbaycanın əmək bazarı üçün informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislər yetişdirir. ABB Tech Academy-nin təlim proqramlarına back-end, front-end, veb və mobil tərtibat, kibertəhlükəsizlik, maşın öyrənməsi, məhsul sahibliyi və s. kimi önəmli istiqamətlər daxildir. ABB korporativ innovasiya layihəsi kimi ABB İnnovasiya Mərkəzini də yaradıb. Mərkəz ideyalarını biznesə çevirmək istəyən, erkən mərhələdə olan startaplar üçün mühüm inkubator kimi özünü təsdiqləyib. İndiyədək 22 startap bu Mərkəzin inkubasiya programında yetişdirilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq görülməyimiz beynəlxalq məkanda da ABB-nin uğurlarına verilmiş yüksək obyektiv qiymətdir. Yeni hədəflərə doğru yolumuzda bu, bizi daha da ruhlandırır. Bankımızın nailiyyətlərində böyük rolu olan bütün tərəfdaşlarımıza, müştərilərimizə və əməkdaşlarımıza minnətdarlığımızı bildiririk".
2022-ci il üzrə “İlin bankı” mükafatına layiq görülmüş banklar sırasında Raiffeisenbank, UniCredit Bank, BBVA kimi nüfuzlu banklarda yer almışdır. Daha ətraflı siyahı ilə buradan tanış olmaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq



















