Aqroparkda qeydiyyata alınmaq üçün investisiyanın minimal məbləğləri təsdiq edildi
“Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınması üçün tələb olunan investisiyanın minimal həddi” təsdiq edilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Qərara əsasən, hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal həddi aşağıdakı kimi müəyyən olunur.
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə:
- tingçilik təsərrüfatı və yem bitkiləri, birillik əkinlər, o cümlədən tərəvəzçilik təsərrüfatı üçün – hər hektara görə 5 000 (beş min) manat;
- çoxillik əkmələr (bağçılıq, o cümlədən sosial bağçılıq) üçün – hər hektara görə 8 000 (səkkiz min) manat;
- örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üçün – hər hektara görə 100 000 (yüz min) manat.
- müasir heyvandarlıq kompleksi üçün – bir baş iribuynuzlu heyvana görə 13 000 (on üç min) manat, bir baş xırdabuynuzlu heyvana görə 4 000 (dörd min) manat;
- müasir quşçuluq təsərrüfatı üçün – 5 000 000 (beş milyon) manat;
- müasir balıqyetişdirmə təsərrüfatı üçün – 10 000 000 (on milyon) manat.
Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə 300 000 (üç yüz min) manat, özəl aqroparka münasibətdə 5 000 000 (beş milyon) manat.
Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan) üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























