Aqrar sığorta üzrə müstəqil ekspert olmaq istəyənlər üçün təlim - QƏBUL BAŞLAYIR
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçirəcək.
Fondun yaydığı məlumatda bildirilir ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu dekabrın 1-dən dekabrın 30-dək davam edəcək. Təlimlər 2023-cü il yanvar ayının 16-da başlayacaq və Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 175 ünvanında keçiriləcək.
“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahanlar bir mərhələdə keçiriləcək. İmtahan suallarının yalnız təlim proqramını əhatə edir, eyni zamanda peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı yaradılır.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Təlimdə 71 ixtisas üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin təlimi və sənəd qəbulu haqqında daha ətraflı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi -dən ilə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
-
39 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























