4 bankın 9 aylıq əməliyyat gəlirləri 150 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri 150 milyon manatdan çox olub.
Bunlar “Kapital Bank” (732 milyon 820 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (535 milyon 932 min manat), “PAŞA Bank” (367 milyon 823 min manat) və “Unibank” (162 milyon 841 min manat) ASC-lərdir.
Qalan 22 bankdan 2-də əməliyyat gəlirləri 100-150 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.
2 bankın əməliyyat gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 2-nin bu ilin yanvar-sentyabr aylarındakı əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunlar Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Ən çox azalma İran bankında (19,9%), ən az azalma isə Pakistan bankında (1,1%) qeydə alınıb.
Qalan 24 bankın isə əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (82,5%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (2,6%) qeydə alınıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
8 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























