Yeni ezamiyyə normaları hazırlanır
“Səfirliklərin fəaliyyəti və yeni səfirliklərin açılması ilə bağlı müvafiq qərarlar qəbul edilir və bu, büdcədə öz əksini tapır”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, yeni səfirliklərin açılması məsələsinə aidiyyəti səviyyədə Prezident tərəfindən baxılır:
“Bizim beynəlxalq fəaliyyətimizin artırılması ilə bağlı məsələ qaldırıldı. Ola bilsin səfirliklər açılmalıdır, amma bu məsələlərə toxunmaq istəmirəm. Ola bilsin bu fəaliyyətin artırılması üçün müəyyən xərclər artırılmalıdır. Ezamiyyə xərclərini təkmilləşdirilməsi üzərində isə iş gedir. Daxildə ezamiyyə normaları ilə bağlı məsələ qaldırılmalıdır. Hazırda ezamiyyə xərclərinin təkmilləşdirilməsi üzrə iş gedir. Əvvəlki ezamiyyə xərclərinin qəbul edilməsindən xeyli müddət vaxt keçib. Dünyada inflyasiya gedir. Ona görə onlara əlavə baxılmasına ehtiyac var. Biz xaricdə olan ezamiyyə normalarına da baxırıq və onlardan bəhrələnirik. Bunun əsasında qərarlar qəbul edilən zaman ola bilsin xərclər də artırılsın”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
38 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 38 d. əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
7 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
7 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
7 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























