"PAŞA Həyat" və "PAŞA Holding"in dəstəyilə bədii-musiqili kompozisiya təqdim edildi - “Qəhrəman Övladıyıq”
Vətən müharibəsi Şəhidinin həyat yoldaşı bəstələdiyi mahnıya klip şəkilib - VİDEO7 noyabr tarixində "PAŞA Həyat" və "PAŞA Holding" şirkətlərinin birgə təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyilə "Qəhrəman Övladıyıq" adlı Şəhidlərə həsr olunmuş bədii kompozisiyasının təqdimat mərasimi baş tutub.
Zəfərin ikinci ildönümü ərəfəsində ərsəyə gələn layihə çərçivəsində Vətən müharibəsi Şəhidinin həyat yoldaşının bəstələdiyi mahnıya ifaçılar Vətən uğrunda canını qurban verən şəhidlərimizin övladları olub.
Təqdimat zamanı “PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov layihə haqda qısa məlumat verib, “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin bu mövzuya olan diqqətindən danışıb.
Daha sonra layihə rəhbəri Məryam Xanım Abasaliyeva layihənin yaranma tarixi və detalları haqda bəhs etdi. Bundan savayı, tədbirdə rəsmi qonaqlar arasında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Sabinə Əliyeva, millət vəkili Ceyhun Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq və Qiymətləndirmə flialın müdiri Elnur Əliyev və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə iştirak və çıxış ediblər.
Tədbirin sonunda şəhidlərə həsr olunmuş unikal vahid fotobank nümayiş olunub. www.Karabakhlife.az saytı vasitəsilə hər bir istifadəçi həm məlumatları əldə edə, həm də platformada mövcud olan məlumatları zənginləşdirə bilər.
Qeyd edək ki, sözügedən layihələr “PAŞA Holding” və “PAŞA Həyat” şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir!
Zəfəri bizə bəxş edənlərə ithaf olunmuş həmin bədii-musiqili kompozisiyanı şirkətin rəsmi sosial səhifəsindən izləyə bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 35 d. əvvəl
-
- 41 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















