Qarabağa və Şəhidlərə həsr olunmuş ən geniş məlumat bankı www.karabakhlife.az fəaliyyətə davam edir
(®) PAŞA Həyat şirkəti tərəfindən 8 may 2021-ci il tarixində Qarabağ və Şəhidlərə həsr olunmuş unikal fotobank olan “Karabakh Life” platforması istifadəyə verilmişdir.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də Qarabağla bağlı məlumatların bir yerə toplanılması və yayılması məqsədilə yaradılmış platformada hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyib zənginləşdirə bilər.
Qeyd edək ki, artıq Birinci və İkinci Qarabağ müharibələrində canı və qanı bahasına vuruşmuş qəhrəman şəhidlərimizin hər biri haqda məlumatlar yerləşdirilmişdir.
Bundan əlavə, fotobankda Qarabağın tarixi, məişəti və mədəniyyətinə aid şəkillər, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində vuruşan hərbçilərin qısa həyat hekayələri yer alıb.
Hər birimizin ailəsində, yaxınlarında Qarabağdan xatirələr və fotoşəkillər, şəhidlərlə bağlı məlumatlar ola bilər. Hər kəsi bu işdə dəstək olmağa, informasiyanın artmasına və zənginləşməsinə töhfə verməyə çağırırıq.
Ölkənin lider həyat sığorta şirkəti PAŞA Həyat ölkəmiz və cəmiyyətimiz qarşısında olan məsuliyyətini unutmur və korporativ sosial məsuliyyət fəaliyyətinə daim xüsusi diqqət ayırır.
Tarixi yaşatmaqda, yaymaqda və gələcək nəsillərə ötürməkdə hamımız həmrəy olmalıyıq. Ətraflı məlumat: https://karabakhlife.az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
- 36 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb























