"Şirkətlər istiqrazın kreditdən, investorlar isə əmanətdən az sərfəli olmadığını anlayıblar"
Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etdikcə vətəndaşların əllərindəki vəsaitdən pul qazanmaq imkanları da genişlənir.
Son illər xüsusilə istiqraz bazarında əməlli-başlı aktivlik müşahidə edilir, insanlara əlavə gəlir əldə etmək imkanları yaradılır.
Əgər əvvəllər vətəndaşlar pullarını yalnız Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) zəmanəti ilə banklara əmanət formasında yerləşdirirdisə, Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold" QSC kimi dövlət müəssisələrinin uğurlu istiqraz buraxmaq təcrübəsindən sonra insanlar həm də istiqraza pul qoymağa başladılar. Bəs bu iki yatırım növündən hansı daha sərfəlidir? Əhalini istiqraz almağa, şirkətləri isə istiqraz satmağa nə vadar edir?
“Şəffaf şirkətlər istiqraz buraxmağa üstünlük verir”
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli deyir ki, şəffaf fəaliyyət göstərən, imici müsbət olan şirkətlər bankdan kredit cəlb etmək əvəzinə istiqraz buraxmağa üstünlük verir: "Çünki istiqraz buraxılışı şirkətlərə daha aşağı faizlə borclanmaq imkanı verir. Üstəlik, bu cür borcun müddətini, illik faiz dərəcəsini və digər paramentlərini də biznes subyektləri özləri müəyyən edir. Yəni bankdan kredit cəlb etməkdənsə, istiqraz buraxmaq daha sərfəlidir".
Onun sözlərinə görə, əhalini istiqraz almağa sövq edən isə burada gəlirlilik səviyyəsinin nisbətən yüksək olmasıdır: "Baxmayaraq ki, əmanətlərdən fərqli olaraq istiqrazlara yatırılan vəsaiti dövlət sığortalamır, amma yenə də insanlar nisbətən çox gəlir əldə etmək üçün etibar etdikləri şirkətlərin istiqrazlarını alır, bu yolla onlara borc verirlər".
“İstiqraz əmanətdən sərfəli ola bilər”
Ölkədəki digər investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, son illər emitentlər istiqrazın kreditdən, investorlar isə istiqrazın əmanətdən az sərfəli olmadığını anlayıblar. Üstəlik, gələn ildən kapital bazarında qüvvəyə minəcək vergi güzəştləri istiqrazı əmanətdən daha cəlbedici edə bilər: "2023-cü il fevralın 1-dən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad ediləcək. Bu güzəştin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır. Bank əmanətlərinə görə ödənilən faizlər isə gələn il fevralın 1-nə qədər vergidən azaddır. Əgər həmin müddət artırılmasa, istiqraz əmanətdən daha sərfəli olacaq”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
5 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
5 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
11 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























