Dövlət Xidməti iri şirkətə 715 min manat maliyyə sanksiyası tətbiq etdi
“Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715 min 227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarının və qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparılıb.
Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb.
Xidmətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, işə baxılma zamanı “Veysəloğlu” MMC-nin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu və hökmran mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb.
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğu əsas götürülərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Veysəloğlu” MMC-yə 715 min 227 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21.02.2022-ci il tarixli 109S nömrəli Sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 24 d. əvvəl
-
40 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
2 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
2 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
2 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını açıqladı - ARTIM DAVAM EDİB
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Ən çox oxunanlar

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
