Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu qadın sahibkarlar üçün yeni layihəyə start verib
(®) Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, regionlarda fəaliyyət göstərən qadın sahibkarlar üçün “Biznesin incəlikləri” adlı layihəyə start verib.
Layihə çərçivəsində ilk tədbir Xaçmaz şəhərində baş tutub. Təlimdə Bankın və Fondun əməkdaşları sahibkarları güzəştli kreditlərin verilməsi, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları kimi mövzularda məlumatlandırıblar.
Qeyd edək ki, layihə qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsi və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənib. Oktyabr – noyabr aylarında davam edəcək layihə çərçivəsində müxtəlif regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıqla məşğul olan qadınlarla görüşlər keçirilməsi və onları maraqlandıran mövzular üzrə təlimlərin təşkil olunması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb























