Türkiyənin “Yapı Kredi A.Ş.” bankında Azərbaycan Banklar Assosiasiyası ilə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə cari ilin 26-28 oktyabr tarixlərində Türkiyə Respublikasında bank sisteminin rəqəmsal transformasiyası üzrə əldə edilən nailiyyətlərin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə səfər təşkil edilmişdir.
Səfərdə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi və ABA-nın “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri iştirak etmişdir. Nümayəndə heyəti səfər çərçivəsində Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarı olan "Yapı Kredi A.Ş."-nin baş ofisində müzakirələr aparıbdır.
"Yapı Kredi A.Ş." nin ekspertləri Kemal Emrah Şölen ( Bireysel Kredi ve Birebir Pazarlama Direktörü) , Doruk Salih Tozan ( Üye İşyeri Pazarlama Müdürü), Duygu Pınar Hamamcı ( Digital ve Entegre Ödeme Çözümleri Müdürü), İlknur Ateş Küçükceylan (Digital ve Entegre Üye İşyeri Çözümleri Müdürü)
Görüşdə Türkiyənin və bankın ödəmə sistemlərinə ümumi baxış, “World” loyallıq proqramı, ödəniş və müraciət proseslərinin rəqəmsallaşdırılması mövzularında təcrübələrini bölüşdülər, sualları cavablandırdılar.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb























