Reabilitasiyadan keçmiş müharibə əlilləri fəal həyata qayıdırlar
(®) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-tədris laboratoriyası Vətən müharibəsi əlillərinin sağlamlıqlarının bərpasına və fəal həyata qayıtmalarına kömək edir. Bu işdə laboratoriya dünya təcrübəsindən istifadə edir. Laboratoriya AccessBank tərəfindən dəstəklənir.
Hərbçilərin reabilitasiyası yüksək ixtisaslı həkimlər və peşəkar instruktorlar tərəfindən həyata keçirilir. Reabilitasiya prosesi hər pasient üçün fərdi tərtib edilib. Müalicə və bərpa prosesində “InBody”, “Biodex”, “Compex”, “BTL” kimi xüsusi avadanlıqlardan istifadə edilir.
Reabilitasiya avadanlıqları İdman Akademiyasının Elmi-tədris laboratoriyasına AccessBank tərəfindən hədiyyə olunub və reabilitasiya xidməti tam təmənnasız həyata keçirilir.
Bu günədək Elmi-tədris laboratoriyasına reabilitasiya xidməti üçün 84 hərbi qulluqçu müraciət edib. Hazırda 3 nəfər bərpa prosesindən keçir, 81 nəfərin isə reabilitasiyası başa çatıb, 63 nəfər hərbi xidmətə qayıdıb.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
























