“Reyhan Catering” şirkətində pozuntular aşkar edildi, fəaliyyəti məhdudlaşdırıldı, rəhbərliyi məsuliyyətə cəlb olundu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sabunçu rayonu, Zabrat ştq, Oktyabr küçəsi, ev 37 ünvanında fəaliyyət göstərən, hüquqi şəxs “Reyhan Catering” MMC-yə məxsus yeməklərin hazırlanması və çatdırılması müəssisəsində planlı yoxlama aparılıb.
Marja.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən olunub.
Müəssisənin anbar sahəsində, soyuducu və dondurucu kameralarda saxlanılan məhsulların birbaşa döşəmənin üstündə, divara bitişik halda yığıldığı aşkarlanıb. Həmçinin müəssisədə iş prosesi zamanı istifadə olunan alət və ləvazimatların, soyuducu kamerada qida məhsullarının saxlandığı rəflərin və soyuducunun müəyyən hissələrinin korroziyaya uğradığı, istifadə edilən ətin və tərəvəzlərin doğrama lövhələrinin istismara yararsız olduğu, təmizlik ləvazimatlarının saxlanılması üçün ayrıca sahə və ya bölmənin təşkil edilmədiyi müəyyənləşib.
Eləcə də müəssisənin anbar və istehsal sahələrində işıqlandırmanın qənaətbəxş halda olmadığı, soyuducu və dondurucu kamerasına baxış keçirilən zaman isə salatların üzərində qanunvericiliyə uyğun markalanmanın aparılmadığı müəyyən edilib.
Yoxlama zamanı müəssisədə texnoloji ardıcıllıq prinsiplərinə əməl edilmədiyi də aşkarlanıb. Müəssisədə soyuq qəlyanaltıların və isti yeməklərin eyni sahədə temperatur rejimi gözlənilmədən hazırlandığı məlum olub.
Bununla yanaşı, müəssisədə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülməsi ilə bağlı təsdiqedici sənədlər təqdim edilməyib.
Müəssisənin anbar sahəsinə keçirilən baxış zamanı isə bəzi qida məhsulları saxlanılarkən temperatur rejimlərinə riayət edilmədiyi aşkarlanıb. Bulqur, qarabaşaq və düyünün 5-18° C-də saxlanmalı olduğu halda, 24.4° C-də saxlandığı müəyyən edilib.
Aşkar edilmiş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müəssisənin rəhbərliyi isə inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
5 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
5 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
10 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
11 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























