Dələduzluğun 75%-i elektron ticarətlə bağlıdır - VİSA
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Visa korporasiyası dələduzluq hallarını araşdırıb.
Marja-nın məlumatına görə, tədqiqatıda qeyd edilib ki, bədəməllər həm onlayn, həm də oflayn sistemlərində zəif nöqtələr arayıb onları öz gəlir mənbələrinə çevirməyə çalışırlar.
“Pərakəndə ticarət pandemiyadan əvvəlki səviyyəyə qayıtdıqca, dələduzlar yenidən fiziki alış-veriş məkanlarının təhlükəsizlik sistemlərində zəif nöqtələri aramaqdadırlar və bununla yanaşı elektron ticarət sahəsində hiylə yolu ilə, o cümlədən ziyanəvər proqramlar, şantajçı proqramlar və fişinq hücumları vasitəsilə qanunsuz vəsait qazanmağa can atırlar,” – deyərək Visa-nın risklərin idarə edilməsi üzrə direktoru Pol Fabara qeyd edib.
6 oktyabrda Visa ilə əməkdaşlıqda iki yeni qlobal araşdırma – Visa-nın “Təhlükələrə dair” ikiillik hesabatı (Visa Biannual Threats Report) və Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” adlı icmalı (Moving Money in a Digital World) dərc olunub. Bu hesabatlarda post-pandemiya iqtisadiyyatı üçün mövcud və yeni təhdidlər işıqlandırılır.
Elektron ticarət və kripto istifadəçiləri – innovativ dələduzluq üçün cəlbedici hədəflər
Pandemiya nəticəsində inkişafı xeyli sürətlənmiş rəqəmsal ticarət kiber-cinayətkarlar üçün ən əlverişli sahə olaraq qalır.
Visa-nın beynəlxalq risklər üzrə komandasının aşkar etdiyi dələduzluq və verilənlər sızması hallarının az qala ¾-ü elektron ticarət bazarının iştirakçıları ilə bağlıdır. Bunlar əsasən sosial mühəndislik, ziyanəvər proqramlar və fişinq hücumları ilə əlaqədar risklərdir. Elektron ticarət platformalarını və yanakı kodların inteqrasiyasını hədəfləyən rəqəmsal skimminq hücumları da olduqca geniş yayılıb.
Bu təhdidlər qarşısında elektron mağazalar üçün internet saytlarında və ödəmə səhifələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsi bir zərurətə çevrilir və onu nümayiş etdirir ki, kart sahiblərinin məxfi səhifələrində xarici kodların istifadəsinin qarşısını almaq üçün müvafiq zəmanətlər tələb olunur.
Massaçusets Texnoloji İnstitutunun “Rəqəmsal dünyada pul hərəkatı” (Moving Money in a Digital World - MIT Technology Review) icmalı çərçivəsində keçirilmiş sorğuda respondentlərin 42%-i qeyd edib ki, təhlükəsizlik tədbirləri onların müştəriləri üçün həlledici əhəmiyyət kəsb edir, 59%-i isə etiraf edib ki, kiber-təhlükəsizliyə təhdidlər rəqəmsal ödənişlərin genişləndirilməsində ən böyük əngəldir. Bir çoxları artırılmış təhlükəsizlik vasitələrinə, o cümlədən rəqəmsal tokenlərə (32%), süni zəka və genişləndirilmiş qeydiyyat və giriş tələblərinə (42%) üstünlük verdiyini söyləyiblər.
Ənənəvi valyutalara hücumlarla yanaşı, bədəməllər kriptovalyuta istifadəçilərinin aldadılması üçün yeni taktikalara, o cümlədən pul kisələrini nişanlayan brauzer üçün uzantı şəklində ziyanlı proqram təminatı, eləcə də fişinq və sosial mühəndislik sxemlərində yeniliklərə əl atırlar. Kripto-körpü xidmətləri də fırıldaq hədəfinə çevrilir. 2022 ilin yanvar və fevral aylarında üç böyük qarət hadisəsi nəticəsində kiber-quldurlar, müxtəlif kripto-körpü xidmətlərində zəifliklərdən yararlanaraq, 400 milyon ABŞ dollarından artıq qanunsuz vəsait əldə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
15 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
-
- 22 d. əvvəl
- 22 d. əvvəl
-
29 d. əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
43 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 49 d. əvvəl
-
59 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
1 saat əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub























