İndi hamı özü üçün yaşayacaq - Yeni onlayn market xidməti
"İndi Market" onlayn market konseptinə yeniliklərlə gəlir.
(®) Divanda yerini rahatlayıb, televizorda sevimli verilişini izləyərkən narahat edilmək heç xoş deyil. Yorğun-arğın işdən qayıdanda telefona gələn təcili bazarlıq mesajından isə danışmağa dəyməz. Hələ evin sonbeşiyisənsə, günün ikiqat qaradır: evdə kiməsə nəsə lazım olan kimi marketə göndərilir, ev-market yolunda təpik döyürsən.
Bu problemlərin artıq geridə qaldığını desək? Yeni onlayn market xidməti – “İndi Market” gündəlik bazarlıqda ən yaxın köməkçin olmağa iddialıdır. 10 mindən çox yüksək keyfiyyətli məhsuldan ibarət geniş seçim imkanı, etibarlı və sürətli çatdırılma, 24/7 xidmət, müxtəlif kampaniyalar və endirim aksiyaları səni gözləyir.
Əlini aza alışdırmaq da lazım deyil: rahatca aylıq bazarlığını elə, həcmindən asılı olaraq sifarişlər moped, motosiklet, minivan və ya yük maşını ilə düz qapına çatdırılır.
Bundan sonra dostlarınla kino, futbol axşamlarına yığışmaq da iki vur iki qədər asandır. Bunun üçün mobil tətbiqdə tematik mövzularda hazır kombo setlər mövcuddur.
Qonaqlarına öz əlləri ilə süfrə açmaq istəyənlər də yaddan çıxmayıb. “İndi Market” dadlı reseptləri ilə bu işi də asanlaşdırır. Təamın hazırlanma qaydası və inqridiyentinə uyğun bazarlıq imkanı var. Bir toxunuşla reseptdəki ərzaqlar dəqiq ölçüsü ilə alış-veriş səbətinə əlavə edilir.
Bundan başqa, “İndi Market” çatdırılmaları ancaq özünə aid anbarlardan həyata keçirir. Bu isə o deməkdir ki, məhsullar daha əlçatandır, bir məhsul üçün şəhərin müxtəlif marketlərini gəzməyə ehtiyac yoxdur.
Cəlbedici imkanlardan yararlanmağa tələsirsənsə, “Appstore” və ya “Play Store”dan “İndi Market” tətbiqini smartfonuna yüklə, səbətini lazım olan məhsullarla doldur. Ən qısa müddətdə kuryer qapını döyəcək.
Qalıq, nağd dərdi də çəkmə: POS-terminal, nağd və ya bank kartı ilə onlayn ödəniş mümkündür.
İndi vaxtını düzgün planlamaq öz əlindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
- 17 d. əvvəl
-
24 d. əvvəl
Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
-
1 saat əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Bank of Baku” ASC istiqrazlarını alan investorlar üçün əlavə fürsət!
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Qlobal birjalarda SON VƏZİYYƏT

Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Bu gün FED-in faiz qərarı diqqət mərkəzindədir
Ən çox oxunanlar

Tramp "Tiktok"la bağlı Çinlə razılığa gəlib

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirlikləri şirkəti üçün 2 ədəd konteyner gəmisi tikəcək

AccessBank korporativ sosial məsuliyyət çərçivəsində “İçərişəhər” Qoruğu ilə əməkdaşlığa başlayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
