Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq - Anlaşma Memorandumu imzalandı
İsrail şirkəti xəzərin suyunu şirinləşdirəcək.Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması üzrə zavodunun yaradılması sahəsində əməkdaşlığa dair layihənin potensial investor qismində iştirakı nəzərdə tutulan “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ASC və Dünyada su və su tullantıların emalı sahəsində tanınmış İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarından fəal istifadəsinə təkan verib.
“IDE” şirkəti 40 ölkədə fəaliyyət göstərməklə, 400-dən çox zavodun tikintisi və istismarı sahəsində 40 illlik təcrübəyə malikdir. Şirkət dünyanın ən böyük zavodları daxil olmaqla (Çin, Hindistan, ABŞ, Avstraliya və İsrail) bir sıra irimiqyaslı membran və termal duzsuzlaşdırma zavodlarının tikintisini həyata keçirib. Şirkət İsrail əhalisinin içməli suya tələbatının 70%-ni təmin edir.
XXX
Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.
Marja.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb", - M.Cabbarov yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
-
13 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 39 d. əvvəl
- 42 d. əvvəl
- 45 d. əvvəl
-
51 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
57 d. əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb






























