OPEC+-ın hasilatı azaltması proqnozları üstələyə bilər - NEFT QİYMƏTLƏRİ YÜKSƏLİR
17: 24 -Neft qiymətləri 5% yüksəlib.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:24-də Brent nefti 5% bahalaşma ilə 89,49 dollardan, ABŞ xam nefti isə 5,8% bahalaşma ilə 84,07 dollardan ticarət olunub.
XXX
07:52 - OPEC+ mənbələri bazar günü bildiriblər ki, OPEC+ oktyabrın 5-də keçiriləcək iclasında gündəlik neft hasilatını 1 milyon bareldən çox azaltmağı nəzərdən keçirir.
Marja.az xəbər verir ki, bu rəqəm ötən həftə sutkada 500 min ilə 1 milyon barel arasında dəyişən azalma üçün edilən təxminlərdən bir qədər yuxarıdır.
OPEC ölkələri və Rusiya kimi müttəfiqlərini birləşdirən OPEC+ 2020-ci ilin martından bəri ilk dəfə Vyanada üz-üzə görüşəcəklər.
“Bu, çox maraqlı qlobal zamanda baş tutan görüşdür”, - deyə mənbələrdən biri bildirib.
Neft pandemiyadan bəri ən böyük hasilatın azaldılması planı ilə əlaqədar olaraq bahalaşır
OPEC+ koalisiyasının pandemiyadan sonra ən sürətli hasilatı azaltmağı planlaşdırdığı bildirməsilə əlaqədar olaraq, həftənin ilk ticarət günündə neft qiymətlərində sıçrayış müşahidə olunub. Bəzi neft ekspertləri belə hesab edirlər ki, neftin ucuzlaşmasına son qoyulub.
Neft bazarlarında bütün diqqətlər OPEC+ koalisiyasının hasilat qərarına yönəlib. Hasilatın azaldılmasının proqnozlardan böyük olacağı xəbəri qiymətləri yüksəldir.
ABŞ xam nefti və Brent nefti yeni həftəyə təxminən 3 faiz bahalaşma ilə başlayıb. ABŞ xam nefti 81 dolları, Brent nefti isə 87 dolları keçib (Bakı vaxtı ilə saat 08:00 olan məlumata görə 1 barel 87,37 dollardan ticarət olunub). Hətta səhər saatlarında Brent neftinin qiymıti 88 dollaradək yaxınlaşıb, sonra bir qədər geriləyib.
OPEC+ toplantısı çərşənbə günü Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Mənbələr Bloomberg-ə bildiriblər ki, OPEC+ koalisiyası hasilatı 1 milyon bareldən çox azaltmağı planlaşdırır. Ancaq mənbələr yekun qərarın çərşənbə günü keçiriləcək iclasda veriləcəyinə diqqət çəkirlər.
1 milyon bareldən çox hasilatın azaldılması qərarı veriləcəyi təqdirdə, bu, pandemiyadan bəri ən böyük azalma olacaq.
Analitiklər 1 milyondan çox hasilatın azaldılması qərarının qiymətlərin yuxarıya doğru üz tutması üçün kifayət edəcəyini söyləyirlər. Onlar neft qiymətlərindəki eniş sürətinin sona çatdığını düşünürlər. "Qlobal iqtisadi yavaşlama narahatlıqlarına görə enerji bazarındakı aktyorlar bir müddət pessimist idilər, lakin indi neft bazarındakı risklərin yüksəlişdə olduğunu söyləmək olar", analitiklərdən biri deyib.
JPMorgan da daxil olmaqla Wall Street bankları bildirirlər ki, OPEC+ qiymətləri sabitləşdirmək üçün hasilatı gündə ən azı 500 000 barel azaltmalı ola bilər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 9 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
17 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)




.jpg)





