Kiçik sahibkarlar üçün maliyyə fondu yaradılır
“Son zamanların təcrübəsinə baxsaq, bir növ çərçivə xarakterli qanunların qəbul olunmasına daha çox üstünlük verilir”.
Bnu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.
O bildirib ki, tarix göstərdi ki, nə dərəcədə mükəmməl qanun yazsan belə, onun tətbiqində qurumların rolu çox böyükdür:
“Konkret bu qanun layihəsinin unikal xüsusiyyəti var. Burada bir çox maddələrin praktikada icrasını təmin edən mexanizmlər qurulub, yaxud qurulmaqdadır. Qanunu hər dəfə təkmilləşdirmək kifayət qədər çətin işdir. Bu qanun uzun müddətdir ki, müzakirə edilir. İqtisadiyyat Nazirliyində biz innovasiyalarla bağlı paket hazırlamışıq, bir müddət əvvəl paket Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, həmin paket üzərində təkmilləşdirmə işləri gedir. Kiçik sahibkarlar üçün ayrıca maliyyə fondu da yaradılır, burada işlər tamamlanmaq üzrədir. Hazırda tənzimləmədə nəticənin əldə olunması üçün ünvanlılığın təmin olunması çox vacibdir. Bizim “Sahibkarlıq haqqında” qanunumuz var. Amma insanlar kimi o da qocalıb. Biz ona müəyyən dəyişikliklər edirik”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
30 d. əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 43 d. əvvəl
- 45 d. əvvəl
-
2 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























