"Ziraat Bank Azərbaycan" Bakıda keçirilən “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin iştirakçısı olub
(®) Sentyabr ayının 22-də Bakı şəhərində “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin açılışı baş tutmuşdur. Açılışda Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə naziri Teymur Musayev və Türkiyə Cümhuriyəti Səhiyyə naziri Dr. Fahrettin Koca çıxış edərək, ölkələr arasında səhiyyə sektorunda mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları haqqında danışdılar.
Tədbirdə səhiyyə sektorunda fəaliyyət göstərən şirkət və dövlət qurumları ilə yanaşı Ziraat Bank Azərbaycan da iştirak etmişdir. Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir stendi ziyarət edən Azərbaycan və Türkiyə Səhiyyə nazirləri Teymur Musayev, Dr. Fahrettin Koca və Türkiyənin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bağcıya ölkələr arasında səhiyyə sahəsində ticari əlaqələrin genişləndirilməsinə töhfə verə biləcək bank məhsul və xidmətləri haqqında məlumat vermişdir. Qeyd edildi ki, Ziraat Bank Azərbaycan dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olduğu üçün sahibkarlara onların beynəlxalq ticarətlərində yüksək keyfiyyətli xidmət göstərmək imkanına sahibdir. Qonaqlara Ziraat Bank Azərbaycan və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumat verildi, ölkələrimiz arasında ticarətin milli valyutalar ilə aparılmasında Bankın rolu və pul köçürmələrində sürətli və sərfəli xidmət təqdim etmə imkanlarına malik olduğu vurğulandı.
Qeyd edək ki, tədbir hər iki ölkənin Səhiyyə Nazirliklərinin dəstəyi ilə təşkil olunub və 17 May 2022-ci il tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Türkiyə Respublikası Səhiyyə Nazirliyi Arasında Əməkdaşlıq və Yol Xəritəsi”nə daxil olan silsilə tədbirlərdən biridir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq görülmüşdür.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
























