Dollar/Türk Lirəsi məzənnəsi rekord yenilədi
Dollar/TL məzənnəsi, Fed-in faiz qərarından sonra 2021-ci ilin dekabrında görülən əvvəlki rekord səviyyəsini keçib.USD/TL (Dollar/Türk Lirəsi) məzənnəsi tarixi pik həddinə çatıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin dekabrında 18,3633 səviyyəsini keçərək rekord səviyyəyə çatan USD/TL məzənnəsi bu gün 18.3809 səviyyəsini test edərək rekord yeniləyib.
Marja xəbər verir ki, FED-in qərarından sonra dollar güclənir, inkişaf etməkdə olan ölkələrin valyutalarının dollar qarşısında ucuzlaşırlar.
Dollar/TL məzənnəsi 20 dekabr 2021-ci ildə rekord səviyyəyə qalxaraq 18.3633-ə yüksəlmiş və həmin gün axşam saatlarında Prezident Rəcəb Tayyib Ərdoğanın qorunan depozit alətini elan etməsindən sonra kəskin düşmüşdü.
2022-ci ilin may ayına qədər nisbətən sabit qalan məzənnə sonra sürətlənib və yenidən 18 səviyyəsinin üzərində olub.
Avqust toplantısına qədər faizini 14 faiz səviyyəsində saxlayan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) gözləntilərin əksinə olaraq iclasda 100 bəndlik endirimlə faiz dərəcəsini 13 faizə endirib.
FED-in aqressiv faiz artırmasından sonra diqqət Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının bugünkü faiz qərarına yönəlib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar, bankın faiz dərəcəsini 50 bənd də azaldaraq 12,50 faiz müəyyən edəcəyini gözləyirlər. TCMB-nin faizini sabit saxlayacağını gözləyənlər də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 d. əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 24 d. əvvəl
- 30 d. əvvəl
-
17 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib























