"Freedom Finance Azerbaijan" şirkətinə böyük məbləğdə maya qoyuldu
İnvestisiya qoyuluşu, kapital bazarları və birjalarda ticarət ilə bağlı təlimlər təşkil edən "Freedom Finance Azerbaijan" ASC-nin nizamnamə kapitalı 849 min 878 manat artırılıb.
“Marja” xəbər verir ki, şirkət hazırda nizamnamə kapitalının 1 milyon 448 min 332 manat olduğunu açıqlayıb. Nizamnamə kapitalını hər birinin nominal dəyəri 258,40 manat olan 5605 adi, adlı və sənədsiz səhmlər təşkil edir.
İndiyədək "Freedom Finance Azerbaijan ASC-nin nizamnamə kapitalı 598 min 454,40 manat təşkil edirdi.
15 Fevral 2021-ci il tarixində dövlət qeydiyyatına alınmış "Freedom Finance Azerbaijan ASC-nin direktoru Məmmədov Vüsal Rafayıl oğludur.
"Freedom Finance Azerbaijan" ASC-nin təsisçisi "Freedom Holding"dir. "Freedom Holding"in investisiya, vasitəçilik, məsləhət xidmətləri və müştəriləri kütləvi təklif üsulu ilə yerləşdirilən səhmlərin bilavasitə ilkin bazardan alınması üzrə xidmətləri təşkil etməkdir. Holdinq Azərbaycan da daxil olmaqla 9 ölkədə fəaliyyət göstərir. Holdinqin törəmə şirkətləri Avropada, Ukraynada, Qazaxstanda lisenzilayalaşdırılmış investisiya şirkəti kimi fəaliyyət göstərir. Holdinqin Azərbaycandakı törəmə şirkəti olan "Freedom Finance Azerbaijan" ASC–nin isə əsas fəaliyyət istiqaməti təlim və tədrisdir.
"Freedom Finance Holding"in rəhbəri Timur Trulovdur. O, Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina edərək Qazaxıstan Respublikasının vətəndaşlığını alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb






















