TuranBank “ASAN Məktub”la birgə məktəblilərin arzularını gerçəkləşdirib
(®) Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 15 Sentyabr - Bilik günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin övladlarının arzularını gerçəkləşdirmişdir.
Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində TuranBank əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara məktəb ləvazimatları, istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank Ağcabədi rayonunun Muğanlı kəndinin kiçik sakinlərini sevindirmişdir.
Bununla yanaşı Bank sosial məsuliyyət layihəsi çərçivəsində yeni dərs ili münasibətilə Tovuz rayonunun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kənd orta məktəbinin 1-ci sinif şagirdlərini, eləcə də şəhid övladlarını məktəb ləvazimatları, geyim və çanta ilə təmin etmişdir.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan TuranBank “ASAN Könüllüləri” Təşkilatı və "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
Bundan sonra da TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 32 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib







.jpg)





.jpg)





