2023-cü ilin icmal büdcəsində 5 milyard manata yaxın defisit olacağı proqnozlaşdırılır
2023-cü ildən iri maliyyə tutumuna malik olan İcbari Tibbi Sığorta Fondunun büdcəsi icmal büdcəyə daxil ediləcəkdir ki, bu da büdcə şəffaflığının və hesabatlılığının təkmilləşdirilməsi məqsədinə xidmət edir.2023-ci ildə icmal büdcənin gəlirləri 32 milyard 939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3 milyard 721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.
İcmal büdcə xərcləri isə növbəti ildə 37 milyard 883,0 milyon manat proqnozlaşdırılmışdır ki, bu da ÜDM-nin 35,8 faizini təşkil edir.
İcmal büdcənin xərcləri 2022-ci ilin yenidən baxılmış proqnozu ilə müqayisədə 2 milyard 342,1 milyon manat və ya 6,6 faiz çoxdur. 2023-ci il üzrə icmal büdcədə 4 milyard 943,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.
Növbəti ildən başlayaraq, icmal büdcənin tərkibinə İcbari Tibbi Sığorta Fondunun gəlirləri və xərcləri daxil edilir.
İcmal büdcənin gəlirlərinə – dövlət büdcəsinin gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri (dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla), işsizlikdən sığorta fondunun gəlirləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği istisna olmaqla) daxildir.
İcmal büdcənin xərclərinə – dövlət büdcəsinin xərcləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği çıxılmaqla), Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri (dövlət büdcəsindən verilən dotasiyanın məbləği çıxılmaqla), dövlət sosial müdafiə fondunun xərcləri (dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla), işsizlikdən sığorta fondunun xərcləri (dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqlarının məbləği çıxılmaqla) daxildir.
Xəbər verdiyimiz kimi, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 milyard 522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır. 2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17 faiz az olmaqla 2 milyard 579,3 milyon manat nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
8 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























