Dövlət Məşğulluq Agentliyi problemli olduğu bildirilən şirkətdən ofis icarəyə götürdü
Dövlət Məşğulluq Agentliyi "Ofis sahəsinin icarəsinin satın alınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkət "MACAZ Construction" MMC-dir.
Agentlik "MACAZ Construction" MMC ilə məbləği 743 min 853 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, "MACAZ Construction" MMC Bakı Ağ Şəhərdə “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirir. Binalardan mənzil alanlar cari ilin İyul ayında iddia etmişdilər ki, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi təxminən 3 ildir dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər.
Həmçinin şikayətçilər bildirmişdilər ki, "MACAZ Construction" MMC-nin əsl sahibi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur.
İddialar ilə əlaqədar “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirən "MACAZ Construction" MMC-nin direktoru Rəşad İsmayılov Marja.az-a açıqlamasında bildirmişdi ki, “Era Tower” binasının tikintisi işlərinin geçikməsi Bakı Ağ Şəhər layihəsinin ofisindən icazə ala bilməmələrilə əlaqədardır: “Pandemiyadan sonra şirkətimizin maliyyə vəziyyətində daha böyük çətinliklər yarandığından Bakı Ağ Şəhər layihəsinin ofisinə elektrik enerjisi və su təchizatı üzrə ödənişləri köçürə bilmədik. Bununla əlaqədar olaraq tikintimizə elektrik enerjisinin və suyun təchizatı dayandırılıb, tikinti işlərinə icazə verilmir”.
Rəşad İsmayılov qeyd etmişdi ki, pandemiyadan öncə də bir neçə dəfə problem meydana çıxıb, lakin 3-4 ay fasilələrdən sonra ödənişlər edilib və tikinti işləri bərpa olunub. Həmçinin Rəşad İsmayılov bildirmişdi ki, yaxın 15-20 gün ərzində "MACAZ Construction" şirkətinin maliyyə çətinliyinin həllini tapacaq, Bakı Ağ Şəhər ofisinə borclar köçürüləcək və tikinti bərpa ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 24 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı














.jpg)




